Son dəqiqə

Türkiyə Akkuyu Atom Elektrik Stansiyası (AES)

Türkiyə Akkuyu Atom Elektrik Stansiyasının işçiləri avtomobil qəzasına uğrayıb

Bakı. TurkicWorld:

Türkiyə Akkuyu Atom Elektrik Stansiyasının işçiləri avtomobil qəzasına uğrayıb.

TurkicWorld xəbər verir ki, hadisə Türkiyənin Mersin vilayətində baş verib.

Hadisə zamanı içərisində 35 işçinin olduğu avtobus idarəetməni itirib, nəticədə 23 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım qrupları cəlb edilib.

Məlumat üçün qeyd edək ki, xidmətdə olan işçilərin tikintisi davam edən Akkuyu Atom Elektrik Stansiyasında işlədiyi bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər