İstanbulda 500-dən çox axtarışda olan şəxs saxlanılıb

İstanbulda 500-dən çox axtarışda olan şəxs saxlanılıb

Bakı. TurkicWorld:

İstanbul polisi tərəfindən iki mərhələli olaraq nəqliyyat və ictimai yerlərdə yoxlama aparılıb.

TurkicWorld xəbər verir ki, ictimai asayişin mühafizəsi zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 510 şübhəli yaxalanıb.

Məlumata əsasən, 218 məntəqədə keçirilən birinci mərhələdə 1714 nəfər şəxsi heyət iştirak edib. Onları Dəniz Liman Şöbəsinə aid bir polis helikopteri və iki qayıq müşayiət edib.

İkinci mərhələdə 1647 nəfər şəxsi heyət saat 21.00-dan 23.00-dək ictimai yerlərə baxış keçirib.

Yoxlamalar zamanı 245 min 949 nəfərin ümumi məlumatları skan edilib, müxtəlif cinayətlərə görə axtarışda olan 682 şübhəli, qaçan 241 nəfərdən 510-u yaxalanıb, 19 nəfər barəsində inzibati qaydada tədbir görülüb.

Baxışlar zamanı 18 ədəd sənədsiz tapança və tüfəng, altı ədəd boş tapança, 55 ədəd patron, 395 qram narkotik vasitə və 12 ədəd narkotik həb götürülüb.

557 ictimai yerdə aparılan yoxlamalar zamanı 3 xarici ölkə vətəndaşı barəsində tədbir görülüb.

Yoxlamalar zamanı 33 min 32 nəqliyyat vasitəsi və 1572 motosiklet də yoxlanılıb.

Sürücülərə 737 min 137 lirə yol cəriməsi tətbiq edilib.

X: Lamanasadli01