İraq terrorla mübarizədə Türkiyə ilə birgə hərəkət etməyə hazırdır - Hakan Fidan

İraq terrorla mübarizədə Türkiyə ilə birgə hərəkət etməyə hazırdır - Hakan Fidan

Bakı. TurkicWorld:

İraq terrorla mübarizədə Türkiyə ilə birgə hərəkət etməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

"İraq ilk dəfə olaraq PKK-nın İraqın maraqlarına zidd fəaliyyət göstərən terror təşkilatı olduğunu və ora da buraxılmaması lazım olduğunu qəbul etdi. İraqla əməkdaşlıq və koordinasiya görüşlərimiz qarşıdakı dövrdə də davam edəcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, 14 mart tarixində İraqın paytaxtı Bağdadda Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının iştirakı ilə təhlükəsizlik sammiti keçirilib.

X: Lamanasadli01