Son dəqiqə

Türkiyə Yılmaz Tunc

Türkiyəyə yeni konstitusiya lazımdır - Yılmaz Tunç

Bakı. TurkicWorld:

Türkiyəyə yeni konstitusiya lazımdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə naziri Yılmaz Tunç deyib.

"Türk əsrinin əvvəlində ölkəmizə yeni konstitusiya verməliyik. Çevrilişçilərin hazırladığı konstitusiya ilə davam edə bilmərik" - deyə o qeyd edib.

Tunç Türkiyənin hüquq və azadlıqlar sahəsini genişləndirdiklərini, demokratiyanı gücləndirdiklərini vurğulayıb.

“Türkiyə Yüzyılında daha demokratik, daha iştirakçı, hər kəsin fikrinin nəzərə alındığı, əsas hüquq və azadlıqları ön planda tutan, sivil, demokratik və iştirakçı konstitusiya ilə yolumuza davam etmək istəyirik.” - deyə nazir bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər