Bakı. TurkicWorld:
Bu gün Bağdadda Türkiyə ilə İraq arasında ikinci Təhlükəsizlik Sammiti keçiriləcək.
TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və MİT sədri İbrahim Kalının iştirak etdiyi sammitin günorta saatlarında başlaması gözlənilir.
Məlumata əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apreldə planlaşdırılan Bağdada səfəri də sammitin gündəmində müzakirə olunacaq.
PKK-nın İraq tərəfindən terror təşkilatı kimi tanınması, İnkişaf Yolu layihəsi kimi məsələlərin də müzakirə mövzuları arasında olması gözlənilir.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Ankarada Türkiyə ilə İraq arasında keçirilən sammitdə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində PKK-nın yaratdığı təhdidlər müzakirə edilib.