Mitsotakis Türkiyəyə səfər edəcək

Mitsotakis Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis mayda Ankaraya səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlayıb.

Məlumata əsasən, Keçeli martın 11-də keçirilən Türkiyə-Yunanıstan Siyasi Dialoq Görüşünün müsbət atmosferdə keçdiyini də bildirib.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında prezident Ərdoğan Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin dəvəti ilə Yunanıstana səfər edib. Görüş zamanı əldə edilən razılığa əsasən, Türkiyə vətəndaşları Yunanıstanın 10 adasında 7 gün ərzində vizasız səyahət edəcək.

X: Lamanasadli01