Şahbaz Şərif Türkiyə ilə ikitərəfli ticarəti genişləndirməyə çağırıb

Şahbaz Şərif Türkiyə ilə ikitərəfli ticarəti genişləndirməyə çağırıb

Bakı. TurkicWorld:

Pakistan baş naziri Şahbaz Şərif Türkiyə ilə ikitərəfli ticarətin genişləndirilməsinə çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Şahbaz Şərif Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacı ilə görüşü zamnı bildirib.

Görüş zamanı Şərif Türkiyə ilə Pakistan arasında 5 milyard dollarlıq ticarət hədəfinə nail olmaq üçün ticarətin genişləndirilməsinin vacib olduğunu bildirib.

O, Pakistan və Türkiyənin fundamental məsələlərdə bir-birini daim dəstəklədiyini və gələcəkdə də bir-birini dəstəkləməyə davam edəcəklərini bildirib.

Pakistan baş naziri milli döyüş təyyarəsi KAAN-ın uğurlu uçuşu münasibətilə Türkiyəni təbrik edib.

Qeyd edək ki, Şahbaz Şərif Pakistan parlamentinin səsverməsi ilə ikinci dəfə baş nazir seçilib.

X: Lamanasadli01