Yunanıstan ilə siyasi dialoq iclası keçiriləcək - Türkiyə XİN

Yunanıstan ilə siyasi dialoq iclası keçiriləcək - Türkiyə XİN

Bakı. TurkicWorld:

Yunanıstan ilə siyasi dialoq iclası keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

"Xarici işlər nazirinin müavini Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini səfir Alexandra Papadopulou sabah Ankarada məsləhətləşmələr aparacaq." - deyə açıqlamada qeyd edilib.

Görüş zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq, regional və beynəlxalq inkişaflar qiymətləndiriləcək.

Qeyd edilib ki, keçiriləcək görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 dekabr 2023-cü ildə Yunanıstana səfəri zamanı imzalanmış Afina Bəyannaməsinin davamıdır.

Hafiz Rufizoğlu