Son dəqiqə

Türkiyə Ali Yerlikaya

100-dən çox terror aktının qarşısı alınıb - Yerlikaya

Bakı. TurkicWorld:

128 terror aktının qarşısı alınıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

Yerlikaya bildirib ki, son 9 ayda bir çox terror aktlarının qarşısı alınıb.

"9 ayda qarşısı alınan terror aktlarına baxsaq görərik ki, 94-ü bombalı hücum olmaqla 128 terror aktının qarşısını alınıb. Bunun 107-si PKK, 19-u İŞİD, 2-si isə solçu qruplar olub.” – deyə nazir qeyd edib.

Ali Yerlikaya bildirib ki, sadəcə üç terror aktının qarşısı alına bilməyib.

“Təəssüflər olsun ki, qarşısını ala bilmədiyimiz üç terror aktı var. Oktyabrın 1-də Daxili İşlər Nazirliyi Təhlükəsizlik Ümumi Müdirliyi binasına hücum, yanvarın 28-də Santa Mariya kilsəsinə hücum və 6 fevral tarixində Çağlayan Ədliyyəsinə edilən hücüm. Hüquq mühafizə orqanları qısa zamanda terrorçuları taparaq zərərsizləşdirib.” – deyə nazir qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər