Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Doqquz ayda 789 terrorçu zərərsizləşdirilib – Ali Yerlikaya

Bakı. TurkicWorld:

Doqquz ayda 789 terrorçu zərərsizləşdirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

Nazir qeyd edib ki, 1 iyun 2023 - 29 fevral 2024-cü il tarixləri arasında 782 terrorçunun zərərsizləşdirilib.

"İHA və SİHA-larımızın verdiyi güclə kənd yerlərində 17 min 757 əməliyyat, jandarmaların bölgələrində isə 3 min 396 əməliyyat keçirilib. Ümumilikdə isə 21 min 153 əməliyyat hüquq mühafizə orqanları tərəfindən keçirilib.” – deyə Yerlikaya bildirib.

O qeyd edib ki, terrorçulardan 60 nəfəri məhv edilib, 601 nəfəri sağ, 4 nəfər yaralı ələ keçirilib.

“117 terrorçu əməliyyatlar zamanı təslim olub. 2016-cı ildə xain terror təşkilatı Türkiyədə 2 min 322 aksiya həyata keçirib. Keçən il 88 isə bu rəqəm 88 olub.” – deyə nazir bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər