Türkiyə Airbus üçün strateji biznes tərəfdaşıdır

Türkiyə Airbus üçün strateji biznes tərəfdaşıdır

Bakı. TurkicWorld:

Türkiyə Airbus üçün strateji biznes tərəfdaşıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Airbus şirkətinin Türkiyə üzrə direktoru Saymon Uard deyib.

"Türk Hava Yollarının 220 Airbus təyyarəsi sifarişi dünya səviyyəsində aldığımız ən böyük sifarişlərdən biri idi. Türkiyədə getdikcə artan təyyarə sayımızı nəzərə alsaqŞ 2024-cü il gərgin bir il olacaq", - deyə o əlavə edib.

Türkiyədə gövdə hissələrindən yanacaq çənlərinə, qanaddan pərçimlərə və elektrik naqillərinə qədər müxtəlif məhsullar istehsal edən 17 fərqli tədarükçünün olduğunu bildirən Uaard, bunlara əlavə olaraq Türkiyənin davamlılıq sahəsində də lider iş ortağı olmaq istədiklərini qeyd edib.

Qeyd edək ki, təxminən 40 ilə yaxındır ki, Airbus-un mühüm iş ortağı olan Türk Hava Yolları Türkiyədə Pegasus, Milli Müdafiə Nazirliyi, Müdafiə Sənayesi İdarəsi, Türkiyə Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Komandanlığı ilə sıx əməkdaşlıq şəraitində işləməyə davam edir.

X: Lamanasadli01