Son dəqiqə

Türkiyə qəza

Türkiyə Qəzzaya yardım dəstəyini davam etdirir

Bakı, TurkicWorld

Türkiyənin Qəzzada ehtiyacı olan vətəndaşlar üçün hazırladığı tibbi ləvazimatlar dünən A400M tipli təyyarə ilə İordaniyaya çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

“Qəzzalı qardaşlarımız üçün hazırlanan tibbi ləvazimatlar Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığımızdan yola düşərək A400M tipli təyyarə ilə İordaniyaya çatıb” – deyə Nazirlikdən verilən açıqlamada qeyd edilib.

Mövzuya görə xəbərlər