İslam dünyası Fələstin üçün gərgin mübarizəyə hazır olmalıdır - Kurtulmuş

İslam dünyası Fələstin üçün gərgin mübarizəyə hazır olmalıdır - Kurtulmuş

Bakı, TurkicWorld:

İslam dünyası qarşıdakı dövrdə Fələstin uğrunda çox gərgin və gücləndirilmiş mübarizəyə hazır olmalıdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Fil Dişi Sahilinin Abidcan şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 18-ci Konfransında çıxışı zamanı deyib.

“Bu mənada Cənubi Afrikanın Haaqa Beynəlxalq Məhkəməsinə müraciət etməsi və bu müraciətdə İsrail əleyhinə qərarın verilməsi son dərəcə əhəmiyyətlidir. Cənubi Afrika hökumətini və xalqını da təbrik edirəm.Biz onilliklər boyu davam edəcək böyük mübarizəyə hazır olmalıyıq", - deyə o əlavə edib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 430-u uşaq, 8 min 900-ü qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 71 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01