TBMM-də seçkilərdən sonra yeni gündəm konstitusiya olacaq

TBMM-də seçkilərdən sonra yeni gündəm konstitusiya olacaq

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisində (TBMM) 31 mart Yerli Özünü İdarəetmə Orqanlarına seçkilərdən sonra yeni gündəm konstitusiya olacaq.

TurkicWorld xəbər verir ki, yeni konstitusiya üçün bütün siyasi partiyalardan konsensus istəniləcək.

Məlumata əsasən, artıq yeni konstitusiya üçün təqib ediləcək yol xəritəsi müzakirə edildib. Seçkidən sonra TBMM sədri Numan Kurtulmuşun yeni konstitusiya ilə bağlı bir sıra görüşlər keçirməsi gözlənilir.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

X: Lamanasadli01