İnkişaf Yolu Layihəsi üçün İraqla ofis açılacaq - Uraloğlu

İnkişaf Yolu Layihəsi üçün İraqla ofis açılacaq - Uraloğlu

Bakı. TurkicWorld:

İnkişaf Yolu Layihəsi üçün iki ölkə arasında qarşılıqlı ofis açılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Türkiyə və İraq İnkişaf Yolu layihəsi üzərində intensiv işləyir. Layihənin texniki tərəfində və maliyyələşdirilməsi, həmçinin, icrası ilə bağlı fikir mübadiləsi davam edir", - deyə o əlavə edib.

Uraloğlu onu da əlavə edib ki, Bu gün Ümid burnundan təxminən 45 gün, Qırmızı dənizdən isə təxminən 35 gün davam edən daşımalar, İnkişaf yolu layihəsi tamamladığı zaman cəmi 25 gündə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, İnkişaf yolu layihəsi, Türkiyəni 1 200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Əl-Fav limanına birləşdirəcək. Yeni İpək Yolu olaraq təyin olunan layihə, Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəyə təsir göstərərək ortaq faydalar verəcək.

X: Lamanasadli01