Türkiyədə 100-dən çox cinayətkar saxlanılıb

Türkiyədə 100-dən çox cinayətkar saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyədə mərkəz Adana olmaqla 20 vilayətdə keçirilən "Kibergöz-23" əməliyyatlarında 146 şübhəli fırıldaqçılıq, cinayət törətmək məqsədli təşkilat yaratmaq və cinayətdən əldə edilmiş aktivlərin yuyulması cinayətlərinə görə saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyatlar nəticəsində iki sənədsiz tapança, iki ov tüfəngi, 35 kriptovalyuta mədən cihazı, 2 milyon 596 min lirə və külli miqdarda qızıl, xarici valyuta və çox sayda rəqəmsal material ələ keçirilib.

Bundan əlavə, təxminən 300 milyon lirə dəyərində daşınar və daşınmaz əmlakın müsadirəsi üçün məhkəmə prosesləri başlanıb.

X: Lamanasadli01