Son dəqiqə

Türkiyə Hakan Fidan Antalya Diplomatik Forumu

Qəzzadakı qətlia dözə bilmədiyi üçün özünü yandıran əsgərin mövqeyi beynəlxalq sistemin legitimlik böhranının sübutudur - Fidan

Bakı. TurkicWorld:

Qəzzada törədilən qətliamda iştirakına dözə bilmədiyi üçün özünü yandıran amerikalı əsgərin mövqeyi beynəlxalq sistemin legitimlik böhranının əvəzsiz əlamətidir

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bugün keçirilən Antalya Diplomatik Forumunda çıxışı zamanı bildirib.

"Qərb insanlarının Qəzzada baş verən vəhşiliyə artıq biganə olmadığını görürük. İslam dünyası, Qlobal Cənub plkələri və Qərbidən bir çox insanların bu qətliama qarşı səs çıcarmasına baxmayaraq qətliamı törədənlər bu fəryadın qarşısında kor və kardırlar," - deyə nazir qeyd edib.

Fidan vurğulayıb ki, Antalya Diplomatik Forumu hazırda plüralizmə və real problemlərə vurğu ilə diplomatiyada mühüm ideya platformasına çevrilib.

Qeyd edək ki, Antalya Diplomatik Forumu 1-3 Mart tarixlərində keçiriləcək.

Mövzuya görə xəbərlər