Bakı. TurkicWorld:
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi ilə həyata keçirilən AKINCI Layihəsi çərçivəsində Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI PUA Çakır qanadlı raketi ilə həyata keçirdiyi sınaq atəşində dənizdəki hədəfi 100 kilometr uzaqdan dəqiqliklə vurub.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, atəş testində Çakır raketinin sürəti 800 km/saata çatıb. Bayraktar AKINCI milli reaktiv mühərrikə sahib Çakır qanadlı raketi ilə kilometrlərlə uzaqlıqdakı strateji quru və dəniz hədəflərinə qarşı yüksək təsirli ola biləcək.
Qeyd edək ki, fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.