Son dəqiqə

Türkiyə Adana

Türkiyədə avtomobil qəzasında altı nəfər yaralanıb

Bakı. TurkicWorld:

Türkiyənin Adana vilayətində iki avtomobilin toqquşması nəticəsində altı nəfər yaralanıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə qrupları cəlb edilib.

Yaralılar avtomobillərdən çıxarılaraq təcili yardım maşınları ilə Kozan Dövlət Xəstəxanasına aparılıb.

Qeyd edilib ki, qəza zamanı xəsarət alanlardan ikisi uşaqdır

Müalicə olunan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər