İran Türkiyə Müdafiə Sənayesi İdərəsi

Türkiyə Müdafiə Sənayesinə kiber hücum cəhdi edilib

Bakı. TurkicWorld:

İranda yerləşən haker qruplarının Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, İsrail və Hindistanın müdafiə və aerokosmik sektorunda fəaliyyət göstərən şirkətlərə qarşı kiberhücumlar həyata keçirdiyi iddia edilir.

TurkicWorld xəbər verir ki, bu barədə Google-a bağlı kibertəhlükəsizlik şirkəti Mandiantda hesabat dərc edilib.

Mandiantın hesabatına görə, kiberhücuma cəhd edən casuslar məşhur aviasiya markaları və müdafiə sənayesi şirkətlərinin internet saytlarını kopyalayaraq məlumat toplamağa çalışıblar.

“Araşdırmalarımız göstərir ki, bu kiberhücum fəaliyyətləri 2024-cü ilin fevral ayından etibarən aktiv olub və hədəfə alınan təşkilatlar Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Albaniyada Yaxın Şərqdə müdafiə və aerokosmik sahə ilə bağlı olub”, - deyə hesabatda bildirilib.

Qeyd edək ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın MİT-in 2023-cü il Fəaliyyət Hesabatında açıq şəkildə qeyd edib ki, Türkiyə müxtəlif ölkələrə hücum təşkil etməyə çalışan kəşfiyyat orqanlarına qarşı hər zaman hazırlıqlıdır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər