Türkiyənin təyyarədaşıyan gəmisinin konsept dizaynına başlanılıb

Türkiyənin təyyarədaşıyan gəmisinin konsept dizaynına başlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin yerli istehsal təyyarədaşıyan gəmisinin konsept dizaynına başlanılıb.

TurkicWorld bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi mənbələrinə istinadən xəbər verir.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli və milli təyyarədaşıyan gəminin inşası ilə bağlı verdiyi qərarla Dəniz Qüvvələri Komandanlığımızın Dizayn Layihə Ofisi tərəfindən dizayn fəaliyyətlərinə başlanılmış və konsept dizaynında əhəmiyyətli irəliləyiş əldə edilmişdir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Türkiyə Dizayn Layihə Ofisi (DPO) İdarəsi Türkiyənin ilk milli dəniz döyüş platforması olan MİLGEM Layihəsini həyata keçirmək məqsədilə 1997-ci ildə Taşkızak Gəmiqayırma Zavodu Komandanlığı tərkibində yaradılmış komanda ilə işə başlayıb, 17 avqust 1999-cu il Gölcük zəlzələsindən sonra yeri dəyişdirilərək 12 mart 2004-cü ildə MİLGEM Layihə Ofisi adı ilə İstanbul Gəmiqayırma Zavodu Komandanlığının tərkibində qurulub. Eyni zamanda, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının vahid logistika dəstəyi və tikinti texniki dəstəyini təmin edən və gəmiqayırma standartlarını təyin edən ekspert qurumudur.

MİLGEM layihəsi çərçivəsində dizayn və inteqrasiya fəaliyyətləri olan gəmilər arasında TCG HEYBELİADA (F-511), TCG BÜYÜKADA (F-512), TCG BURGAZADA (F-513) və TCG KINALIADA (F-514) var.

X: Lamanasadli01