Mehmet Şimşək G20 toplantısı üçün sabah Braziliyaya rəsmi səfər edəcək

Mehmet Şimşək G20 toplantısı üçün sabah Braziliyaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, G20 maliyyə nazirləri və Mərkəzi Bankın rəhbərləri toplantısında iştirak etmək üçün sabah Braziliyaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Mehmet Şimşəki, təmaslar zamanı Türkiyə Respublikası Mərkəzi Bankının sədri Fatih Karahan müşayiət edəcək.

Şimşək, Braziliyanın Sao Paulo şəhərində keçiriləcək görüşdə bir çox ikitərəfli görüşlər keçirəcək.

Şimşək təmaslarını cümə günü tamamlayacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_