Bakı. TurkicWorld:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın bu gün başlayacaq 60-cı Münhen Təhlükəsizlik Konfransına qatılacaq.
TurkicWorld-un məlumatına görə, Kalın konfransda həmkarları ilə kəşfiyyat diplomatiyası çərçivəsində ikitərəfli təmaslar keçirəcək.
Görüşlərdə regional və qlobal problemlər, terrorla mübarizə, Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi ilə bağlı inkişaflar, kiber və mütəşəkkil cinayətkarlıqla mübarizə müzakirə olunacaq.
Aytac Süleymanova
Twitter: a_alieva_