Türkiyə ilə Misir arasında birgə bəyannamə imzalanıb

Türkiyə ilə Misir arasında birgə bəyannamə imzalanıb

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən qurulmasına dair Birgə Bəyannamə imzalayıb.

TurkicWorld xəbər verir ki, hər iki ölkənin prezidentləri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclaslarına həmsədrlik edəcəklər.

Məlumata əsasən, şura iki ildən bir növbə ilə Türkiyə və Misirdə toplaşacaq. İşin əlaqələndirilməsi və hər bir görüş üçün gündəliyin hazırlanması iki ölkənin xarici işlər nazirləri tərəfindən həyata keçiriləcək.

Bundan əlavə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasına hazırlıq məqsədilə hər iki ölkənin xarici işlər nazirlərinin həmsədrliyi ilə Birgə Planlaşdırma Qrupunun iclasları keçiriləcək, burada digər aidiyyəti nazirlik və qurumların yüksək vəzifəli şəxsləri bir araya gələcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra 14 fevral tarixində Misirə rəsmi səfər edib.

X: Lamanasadli01