TBMM-yə gələn qonaqlar üçün yeni giriş qapısının tikintisinə fevralın sonunda başlanacaq

TBMM-yə gələn qonaqlar üçün yeni giriş qapısının tikintisinə fevralın sonunda başlanacaq

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinə gələn qonaqlar üçün yeni giriş qapısının tikintisinə fevralın sonunda başlanacaq.

TurkicWorld-un məlumatına görə, yalnız ziyarətçilərin girə biləcəyi yeni qapının aprel ayından etibarən istifadəyə verilməsi planlaşdırılır.

"Bir ay ərzində başa çatdırılması planlaşdırılan tikinti prosesindən sonra yeni giriş qapısı aprel ayından istifadəyə veriləcək. Bu qapıdan yalnız ziyarətçilər buraxılacaq. Ziyarətçilər də öz maşınları ilə bu qapıdan daxil ola biləcəklər. Parlamentin digər qapılarından ziyarətçilərə icazə verilməyəcək. Yeni giriş sistemi qurulduqdan sonra Dikmen qapısından millət vəkilləri, keçmiş millət vəkilləri və yüksək vəzifəli şəxslər istifadə edəcək. Çankaya qapısı protokol girişi olacaq",-deyə Türkiyə Böyük Millət Məclisinin Administrasiya rəhbəri bildirib.

Bundan əlavə, TBMM Daxili Təhlükəsizlik Qaydasının yenilənməsi üzrə işlər başa çatıb. Yeni Əsasnamə TBMM sədri Numan Kurtulmuşa təqdim olunacaq. Bu Əsasnamə daha sonra TBMM Rəhbərliyinə göndəriləcək.

Əsasnaməyə ediləcək dəyişikliyə əsasən, deputatlara verilən nəqliyyat vasitələrinin kartları yalnız özlərinə, birinci dərəcəli qohumlarına və notarius vasitəsilə icarəyə götürülmüş nəqliyyat vasitələrinə veriləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_