Bakı. TurkicWorld:
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Nazirlər Kabinetinin iclası keçiriləcək.
TurkicWorld-un məlumatına görə, Nazirlər Kabinetinin iclasında iqtisadi yol xəritəsi, inflyasiya və qiymət artımı ilə mübarizə üçün atılacaq addımlar müzakirə olunacaq.
Xarici siyasətdə əsas gündəm “Qəzza” olacaq. İsrailin törətdiyi qətliamın dayandırılması üçün Türkiyənin həyata keçirdiyi diplomatiya, Qəzzaya humanitar yardımın çatdırılması və yaralıların təxliyyəsi müzakirə olunacaq.
İclasın digər gündəm məsələsi daxili və xarici siyasətdə aktual mövzuların dəyərləndirilməsidir. Terrorla mübarizə çərçivəsində ölkədaxili və sərhədyanı əməliyyatlar qiymətləndiriləcək.
Eyni zamanda, martın 31-nə qədər seçki təhlükəsizliyi üçün ölkə daxilində görüləcək tədbirlər müzakirə olunacaq.
Aytac Süleymanova
Twitter: a_alieva_