Son dəqiqə

Türkiyə Mehmet Fatih Kacır Alper Gezeravcı

Türkiyənin ilk insanlı kosmik elm missiyası tamamlandı – Kacır

Bakı. TurkicWorld:

Türkiyənin ilk insanlı kosmik elm missiyası tamamlandı.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

“Gezeravcı, Ax-3 ekipajı ilə Dragon kapsulunda 83 saat vaxt keçirib. Türkiyənin ilk insanlı kosmik elmi missiyası tamamlandı. Bu missiya türk uşaqları üçün ilham mənbəyi kimi tarixə düşüb” – deyə Kacır qeyd edib.

Məlumat üçün qeyd edək ki, Gezeravcının olduğu Dragon kapsulu bu gün yerə eniş edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər