Son dəqiqə

Türkiyə Mehmet Fatih Kacır Alper Gezeravcı

Alper Gezeravcı tarixdə yeni bir səhifə açıb - Kacır

Bakı. TurkicWorld:

Türkiyənin ilk astronavtı Alper Gezeravcı tarixdə yeni bir səhifə açıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır sosial media hesabında etdiyi paylaşımda deyib.

“Gezeravcı Beynəlxalq Kosmik Stansiyada türk alimlərinin hazırladığı 13 elmi təcrübəni tamamladı. O, türk gəncləri və gələcək nəsillər üçün ilham mənbəyi oldu" – deyə nazir qeyd edib.

Kacır Türkiyənin ilk insanlı kosmos missiyasını Gezeravcının həyata keçirdiyini vurğulayıb.

Türkiyəli nazir, Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandasını daşıyan Dragon kapsulunun Beynəlxalq Kosmik Stansiyadan uğurla ayrıldığını bildirib.

Məlumat üçün qeyd edək ki, kosmik gəmi 2 gün sonra, 9 fevral saat 16.30-da (Türkiyə vaxtı ilə) tarixində Yerə eniş edəcək.

"Bu səyahət Dragon kapsulunun indiyə qədər etdiyi ən uzun transfer müddəti kimi rekord qıracaq." - deyə Kacır bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər