TBMM sədri 6 fevral zəlzələlərinin ildönümü ilə bağlı paylaşım edib

TBMM sədri 6 fevral zəlzələlərinin ildönümü ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

“Əsrin fəlakəti” olaraq xarakterizə olunan 6 fevral zəlzələlərinin törətdiyi dağıntıları aradan qaldırmaq xalqımızın həmrəyliyi nəticəsində mümkün oldu.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş öz rəsmi X sosial media hesabında bildirib.

"2023-cü il 6 fevral tarixində mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərdə bütün imkanlar səfərbər edildi. Biz 85 milyon vətəndaşımızla əl-ələ verib bu həmrəyliyi nümayiş etdirdik. Bu fəlakətdən çıxardığımız dərslərlə fasiləsiz olaraq çalışmalarımıza davam edirik", - deyə o vurğulayıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

X: Lamanasadli01