Fəlakət zamanı kommunikasiya zərurətdir - Altun

Fəlakət zamanı kommunikasiya zərurətdir - Altun

Bakı. TurkicWorld:

Fəlakət zamanı kommunikasiya zərurətdir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

"Türkiyə olaraq 6 fevral zəlzələrini fəlakət kontekstində bir mərhələ kimi qəbul edirik. Fəlakət zamanı kommunikasiya zərurətdir”,- deyə Altun bildirib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_