Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç Baş naziri Ulf Kristerssonla Türkiyə-İsveç münasibətlərini müzakirə edib.
TurkicWorld-un məlumatına görə, iki lider arasında telefon danışığı baş tutub.
Görüşdə İsveçin NATO-ya üzvlük prosesi, terrorla mübarizə, Türkiyə-İsveç münasibətləri, regional və qlobal problemlər müzakirə edilib.
Ərdoğan Türkiyənin NATO-ya üzvlüyündən sonra İsveçin müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.
O, iki ölkənin Təhlükəsizlik Əməkdaşlıq Mexanizmini işə salması lazım olduğunu və İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsinin vacib olduğunu qeyd edib.
Hafiz Rufizoğlu