Türkiyə öz siqnal sistemini yaradan beş ölkədən biridir

Türkiyə öz siqnal sistemini yaradan beş ölkədən biridir

Bakı. TurkicWorld:

Türkiyə dünyada öz siqnal sistemini istehsal edən beş ölkədən biridir.

TurkicWorld-un məlumatına görə, bu sözləri ASELSAN baş direktoru Ahmet Akyol deyib.

"ASELSAN müdafiə texnologiyalarında inkişaf etdirdiyi imkanları mülki texnologiyalara yaymaq üçün davamlı olaraq çalışır. Biz, qatarların keçidini təyin edən sensorlar, sürət ölçə bilən radarlar və mərkəzdə əlaqəni təmin edən rabitə komponentlərini birləşdirdik, qatara nəqliyyat vasitəsinin yerini, sürətini və vəziyyətini ölçən, elecə də idarə edən əlavələr etdik. Bunları mərkəzi proqram təminatı ilə avtomatik idarə edən bir sistem hazırladıq",- deyə Akyol bildirib.

Akyol qeyd edib ki, biz bu sistemə COBALT adını verdik. Bu fəaliyyətlə xəttin daha rahat işlədilməsi, tutumunun və təhlükəsizliyinin artırılmasını hədəfləyirik. Beləliklə, zamana qənaət etməklə xəttin daha effektiv olmasını və daha təhlükəsiz idarə olunmasını təmin edirik. Bununla da Türkiyə dünyanın özünəməxsus siqnal sisteminə malik beş ölkəsindən biri oldu.

Yeni layihələrin və işlərin davam etdiyinə diqqət çəkən Akyol, gələcəkdə qatar və metro xətlərinin tamamilə insansız idarə ediləcəyi texnologiyanı tətbiq edəcəklərini bildirib.

Akyol, bir tərəfdən milliləşdirmə işini genişləndirməyə çalışdıqlarını, digər tərəfdən isə daha yüksək səviyyədə avtomatlaşdırma üçün maraqlı tərəflərlə əməkdaşlığı davam etdirdiklərini də vurğulayıb.

"Bu sistemin xüsusilə, dost və qardaş ölkələrdəki layihələrdə tətbiqi ilə bağlı bəzi müzakirələr aparırıq. Önümüzdəki aylarda Türkiyədə işlərimizi yeni layihələrlə genişləndirməyə davam edəcəyik. Texnologiyalarımızı dünyanın müxtəlif coğrafiyalarında dost və qardaş ölkələrə ixrac etməyə davam edəcəyik",- deyə o əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_