TPAO-nun Tekirdağ və Diyarbəkirdəki dörd yatağı üçün müsadirə qərarı verilib

TPAO-nun Tekirdağ və Diyarbəkirdəki dörd yatağı üçün müsadirə qərarı verilib

Bakı. TurkicWorld:

TPAO-nun Tekirdağ və Diyarbəkirdəki dörd yatağı üçün müsadirə qərarı verilib.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsinin (MAPEG) müsadirə ilə bağlı qərarları "Resmi Gazete"nin bugünkü sayında dərc olunub.

Müvafiq olaraq, TPAO-nun müraciətini qiymətləndirən MAPEG, Tekirdağ və Diyarbəkirdəki dörd yataqda neft prosesi üçün zəruri olan və özgəninkiləşdirilməsi ictimai maraqlara uyğun olan, neft tələbi səbəbindən müqavilə ilə satın alına bilməyən quyuların yerləşdiyi əraziləri müəyyənləşdirib və enerji nəqli xətti, neft kəməri üçün lazım olan bağlamaların müsadirə edilməsinə qərar verilib.

Aytac Süleymanova

Twitter: a_alieva_