Biz Montrö Konvensiyasını ciddi şəkildə yerinə yetirməyə davam edəcəyik - Hakan Fidan

Biz Montrö Konvensiyasını ciddi şəkildə yerinə yetirməyə davam edəcəyik - Hakan Fidan

Bakı. TurkicWorld:

Biz Montrö Konvensiyasını ciddi şəkildə yerinə yetirməyə davam edəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Halan Fidan, Sofiyada Bolqarıstanın baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Biz Montrö Konvensiyasını hərtərəfli yerinə yetirməyə davam edəcəyik. Bu məsələni müzakirə etmək bir yana qalsın, hətta nəzərdən belə keçirilə bilməz",- deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün Bolqarıstana rəsmi səfər edib.

Məlumat üçün bildirək ki, 24 İyul 1923-cü ildə İsveçrənin Lozanna şəhərində - Leman gölünün sahilindəki Beau-Rivage sarayında İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Serbiya, Xorvatiya və Sloveniya nümayəndələrinin iştirakı ilə imzalanan Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bilib.

Aytac Süleymanova

Twitter: a_alieva_