İƏT İnformasiya nazirlərinin görüşü keçiriləcək - Altun

İƏT İnformasiya nazirlərinin görüşü keçiriləcək - Altun

Bakı. TurkicWorld:

24 fevral tarixində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İnformasiya nazirlərinin görüşü keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “Qəzza müharibəsində medianın mübarizəsi: zorakılıq, dezinformasiya, senzura Simpoziumu”nda çıxışı zamanı deyib.

F.Altun onu da qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Qəzza probleminin həlli üçün birgə işlər davam edir.

"Bundan əlavə, İsrailin dezinformasiya kampaniyalarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

X: Lamanasadli01