Türkiyənin Kastamonu vilayətində sərnişin avtobusu aşıb.
TurkicWorld xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, jandarma qrupları və xilasedicilər cəlb edilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində altı nəfər həyatını itirib, 33 nəfər yaralanıb.
Xilasedicilər tərəfindən avtobusdan çıxarılan yaralılar ətrafdakı xəstəxanalara aparılır.