ASELSAN 24,7 milyon avro dəyərində satış müqaviləsi imzalayıb

ASELSAN 24,7 milyon avro dəyərində satış müqaviləsi imzalayıb

Bakı. TurkicWorld:

ASELSAN ilə beynəlxalq müştəri arasında təxminən 24,7 milyon avro dəyərində satış müqaviləsi imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) açıqlama verib.

"ASELSAN ilə beynəlxalq müştəri arasında son istifadə üçün dəniz sistemlərinin tədarükünü əhatə edən ümumi dəyəri 24 milyon 692 min 633 avro olan satış müqaviləsi imzalanıb",- deyə məlumatda verilib.

Aytac Süleymanova

Twitter: a_alieva_