Son dəqiqə

Türkiyə İran Alparslan Bayraktar

Türkiyə-İran təbii qaz sahəsində əməkdaşlığını daha da genişlətməlidir – Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Türkiyə-İran təbii qaz sahəsində əməkdaşlığını daha da genişlətməlidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz sosial media hesabında paylaşım edib.

Türkiyəli nazir İranın neft naziri Cavad Ovci ilə iki ölkənin enerji əməkdaşlığına dair məsələləri müzakirə edib.

“Türkiyə İranla enerji sahəsində əməkdaşlığını davam etdirmək əzmindədir. Yeni dövrdə xüsusilə təbii qaz sahəsində əməkdaşlığımız daha geniş kontekstdə nəzərdən keçirilməlidir”-deyə Bayraktar bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər