Son dəqiqə

İbrahim Kalın İraq Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

İbrahim Kalın və İraq prezidenti terrorla mübarizə məsələsini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, İraqa səfəri çərçivəsində İraq prezidenti Əbdüllatif Rəşidlə terrorla mübarizə məsələsini müzakirə edib.

TurkicWorld-un məlumatına görə, MİT sədri İbrahim Kalın İraqa səfəri çərçivəsində İraq prezidenti Əbdüllatif Rəşid, İraqın baş naziri Məhəmməd Şiyə Es-Sudani, şiə və sünni qrupların nümayəndələri və türkmənlərlə görüşüb.

Görüşdə terrorla mübarizə, terror təşkilatı PKK təhlükəsi və PKK ilə mübarizədə atıla biləcək ortaq addımlar, təhlükəsizlik sahəsində əməkdaşlıq, DEAŞ-la mübarizədə əməkdaşlığın davam etdirilməsi, inkişaf yolu layihəsi kimi mövzular müzakirə edilib.

Eyni zamanda səfər çərçivəsində, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahəsi, Qəzza müharibəsi və müharibənin İraq və bölgə ölkələrinə əks olunması müzakirə edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər