Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A-nın dözümlülük sınaqları tamamlanıb

Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A-nın dözümlülük sınaqları tamamlanıb

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A-nın dözümlülük sınaqları tamamlanıb.

TurkicWorld-un məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nəqliyyat və İnfrastruktur nazirliyi, Türksat və TÜBİTAK arasında imzalanan “Türksat 6A Milli Rabitə Peyki Layihəsi Müqaviləsi” çərçivəsində inşası davam edən Türksat 6A, tamamlanma mərhələsinə çatıb.

Dizaynı yoxlamaq üçün peykin mühəndislik modelinin istehsalı, inteqrasiyası və sınaqları 2022-ci ilin avqust ayında tamamlanıb. Orbitdə fəaliyyət göstərəcək uçuş modeli üçün inteqrasiya, sistem səviyyə testləri və son hizalanma ölçmələri tamamlanıb.

Peykin buraxılış prosesi və kosmos mühitinə davamlılığı sınaqdan keçirilmiş, sistem səviyyə testləri arasında funksional testlər, termal vakuum testləri, sinus və akustik sınaqlar uğurla tamamlanıb. Martın sonuna qədər CATR, kütləvi xassələrin ölçülməsi və yekun yoxlamalar tamamlanacaq və buraxılış üçün daşıma hazırlıqlarına başlanacaq. Space-in buraxılış aparatının obyektlərinə göndəriləcək mövcud peyklərin artıqlığını təmin edəcək Türksat 6A, tutumu da artıracaq.

35 min 786 kilometr məsafədə geosentrik orbitdə yerləşdirilməsi planlaşdırılan 7,5 kilovat gücündə yerli və milli rabitə peyki olan Türksat 6A, Cənub-Şərqi Asiya kimi mövcud peyklərin xidmət göstərmədiyi bölgələrə də çatacaq. Türksat hazırda 31 dərəcə, 42 dərəcə və 50 dərəcə şərq orbitlərində Türksat 3A, 4A, 4B, 5A və 5B olmaqla cəmi 5 rabitə peyki ilə fəaliyyətini davam etdirərək dünyada 3,5 milyard əhaliyə çata bilir.

Türksat 6A-nın istifadəyə verilməsi ilə Hindistan, Tayland, Malayziya və İndoneziya da Türkiyənin əhatə dairəsinə daxil olacaq. Türksat 6A ilə Türkiyənin peyklərinin əldə etdiyi əhali 3,5 milyarddan 5 milyarda keçəcək. Türkiyə öz rabitə peykləri ilə dünya əhalisinin 65 faizindən çoxuna çata biləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_