Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər Türkiyə Kosmik Agentliyi (TUA) Alper Gezeravcı

Türk astronavtın kosmosa uçuşu texnologiya sahəsində tərəqqidə tarixi addımdır - Yaşar Gülər

Bakı. TurkicWorld:

İlk türk astronavt Alper Gezeravcının kosmosa uçuşu ölkəmizin elm və texnologiya sahəsində tərəqqisində yeni və tarixi bir addımdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

"Türkiyə Əsri hədəflərimizə uyğun olaraq təkcə quru, dəniz və hava platformalarında deyil, kiber və kosmos sahələrində də kritik layihələrə start vermişik. Türkiyənin bundan sonrakı kosmos araşdırmaları da qətiyyətlə davam edəcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, A.Gezeravcı 19 yanvar tarixində Floriadadan Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavt Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər