Alper Gezeravcının kosmosa uçuşu türk dünyasında gələcək kosmos tədqiqatları üçün dönüş nöqtəsi olacaqdır - TDT Baş katibi

Alper Gezeravcının kosmosa uçuşu türk dünyasında gələcək kosmos tədqiqatları üçün dönüş nöqtəsi olacaqdır - TDT Baş katibi

Bakı. TurkicWorld:

Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa uçuşu türk dünyasında gələcək kosmos tədqiqatları üçün dönüş nöqtəsi olacaqdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

"Alper Gezeravcı ilə Beynəlxalq Kosmik Stansiyadan atılan Axiom-3 missiyasının uçuşunu qürurla izlədik. İnanırıq ki, Türkiyənin ilk astronavtının bu səyahəti türk dünyasındakı gəncləri ruhlandıracaq və missiya çərçivəsində 13 elmi araşdırmanın tamamlanması, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər arasında kosmos sahəsində əməkdaşlığın dərinləşməsinə zəmin yaradacaq. Bu münasibətlə Türkiyə hökumətini və qardaş türk xalqını ürəkdən təbrik edir və ümid edirik ki, bu inkişaf türk dünyasında gələcək kosmos tədqiqatları üçün dönüş nöqtəsi olacaqdır",- deyə o bildirib.

Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_