TCG Derya bu gün Türkiyə silahlı qüvvələrinin inventarına daxil ediləcək

TCG Derya bu gün Türkiyə silahlı qüvvələrinin inventarına daxil ediləcək

Bakı. TurkicWorld:

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə Silahlı Qüvvələrinin ikinci ən böyük gəmisi TCG Derya, inventara daxil ediləcək.

TurkicWorld-un məlumatına görə, TCG Derya ilə üzən qurğuların dənizdə vertolyot yanacağı da daxil olmaqla, yanacaq və su ilə tez bir zamanda doldurulması təmin ediləcək.

TCG Derya-nın xüsusiyyətləri:

Uzunluğu: 199,8 m
Eni: 24,4 metr
Yer tutumu: 26 min ton
Maksimum sürət: 24 düyün
Kruiz məsafəsi: 4 min 500 dəniz mili
Əsas Hərəkət Sistemi: 2 GE istehsalı LM-2500 qaz turbinli mühərriklər
Radar: ASELSAN MAR-D
Dənizdə qalma müddəti: 30 gün
Ekipaj: 326 nəfər
Hava Hücumundan Müdafiə: 2 ASELSAN 35mm Gökdeniz CIWS, 2 ASELSAN 25mm STOP
Helikopter: 1 Helikopter anqarda, 1 helikopter uçuş-enmə zolağında.

Aytac Süleymanova

Twitter: a_alieva_