Bakı. TurkicWorld:
Türk Silahlı Qüvvələri olaraq qardaş, dost və müttəfiq ölkələrin, xüsusilə Azərbaycanın və Şimali Kipr Türk Respublikasının haqq işini dəstəkləyirik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Y.Gülər onu da vurğualyıb ki, ölkə daxilində və sərhəddən kənarda həyata keçirilən uğurlu əməliyyatlarla terror təşkilatına ağır zərbə vurulub və terror bitmə nöqtəsinə çatıb.
"Quruda, dənizdə və havada ən əhatəli təlimləri həyata keçirir, hər gün inventarımıza əlavə etdiyimiz yerli, milli və müasir müdafiə sənayesi məhsulu silah sistemləri ilə şanlı ordumuzun imkanlarını daim təkmilləşdiririk. Qarabağda, Liviyada, Ukrayna-Rusiya münaqişəsində, Yaxın Şərqdə və yaxın coğrafiyamızda bir çox problemlərin həlli üçün gərgin səylər göstərərək böyük və dəyərli təşəbbüslər həyata keçirmişik və keçirməkdə davam edirik. Biz qlobal və regional təhlükəsizliyə, sülhə və sabitliyə töhfə veririk", - deyə o əlavə edib.
Nazir Gülər onu da qeyd edib ki, bütün bu təşəbbüslər və fəaliyyətlər Türkiyənin qlobal aktora çevrildiyini, Türkiyə ordusunun dünyanın ən güclü ordularından biri olduğunu əyani şəkildə nümayiş etdirir.