Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib

Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

"Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Qəndil bölgəsində 4 PKK terrorçusunu zərərsizləşdirib. Türkiyə ordusu terrorçulara qarşı qətiyyətli mübarizəsini davam etdirir", - deyə nazirlikdən bildirilib.