Türkiyə-Yunanıstan sahil mühafizə orqanları arasında əməkdaşlıq gücləndiriləcək - Yerlikaya

Türkiyə-Yunanıstan sahil mühafizə orqanları arasında əməkdaşlıq gücləndiriləcək - Yerlikaya

Bakı. TurkicWorld:

Türkiyə-Yunanıstan sahil mühafizə orqanları arasında əməkdaşlıq gücləndiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

Yerlikaya Yunanıstanın Dənizçilik və Ada Siyasətləri Naziri Kristos Stylianides ilə görüşüb.

“İki nümayəndə heyəti arasında keçirilən görüşdə iki nazirliyin üzərinə düşən vəzifələr çərçivəsində Türkiyə-Yunanıstan arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığına qarşı birgə mübarizə üçün iki ölkə arasında əməkdaşlıq yolları müzakirə edilib." - deyə o bildirib.

Görüş zamanı Türkiyə-Yunanıstan sahil mühafizə orqanları arasında əməkdaşlığın və kommunikasiyanın gücləndirilməsi məsələsi də dəyərləndirilib.

Məlumat üçün qeyd edək ki, Yunanıstanın Dənizçilik və Ada Siyasətləri naziri Stylianides Türkiyə Sahil Mühafizə Komandanlığına səfər edib.

Hafiz Rufizoğlu