İlk türk astronavtı kosmosa aparacaq kapsul Floridaya çatıb

İlk türk astronavtı kosmosa aparacaq kapsul Floridaya çatıb

Bakı. TurkicWorld:

Türkiyənin ilk astronavtı Alper Gezeravcını Beynəlxalq Kosmik Stansiyaya (BKS) daşımaq üçün yola düşəcək Dragon kapsul Floridadakı 39A nömrəli buraxılış meydançasının anqarına çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə SpaceX öz rəsmi sosial media hesabında paylaşım edib.

Məlumata əsasən, Falcon 9 gələn həftə Ax-3-ü kosmos stansiyasına göndərəcək.

Xatırladaq ki, Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedəcək olan Gezeravcı aprel ayında ABŞ-ın Texas ştatının Hyuston şəhərində təlimlərə başlayıb.

Gezeravcının 17 yanvar 2024-cü ildə kosmosa göndərilməsi planlaşdırılır.

Türkiyənin İlk İnsanlı Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı yanvar ayında buraxıldıqdan sonra 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

X: Lamanasadli01