Son dəqiqə

Türkiyə ASFAT Türkiyənin Milli Müdafiə Nazirliyi Zeki Aktürk

Beşinci ASBOT təhlükəsizlik qayığı Türkiyə Hərbi Dəniz Qüvvələrinə təslim ediləcək - Zeki Aktürk

Bakı. TurkicWorld:

Beşinci ASBOT təhlükəsizlik qayığı, sabah Türkiyə Hərbi Dəniz Qüvvələrinə təslim ediləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib.

"Möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi və təşviqi ilə tam müstəqil müdafiə sənayesi hədəfinə uyğun olaraq inkişaf etdirilən yerli və milli müdafiə sənayesi məhsullarımızla Silahlı Qüvvələrimiz gündən-günə daha da güclənir. ASFAT ilə Türkiyə Nəqliyyat və İnfrastruktur nazirliyinin Dənizçilik Baş İdarəsi arasında imzalanan “8 liman nəzarət qayığı layihəsi” çərçivəsində yerli və milli ictimai asayiş və təhlükəsizlik qayıqlarının beşincisi ASBOT sabah Türkiyə Hərbi Dəniz Qüvvələrinə təslim ediləcək",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər