Türk turistlər üçün Yunan adalarına ekspress viza müraciətinin başlanacağı tarix açıqlanıb

Türk turistlər üçün Yunan adalarına ekspress viza müraciətinin başlanacağı tarix açıqlanıb

Bakı. TurkicWorld:

Mart ayından etibarən türk turistlər üçün Yunanıstanın on adasına ekspress viza müraciəti başlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis açıqlama verib.

O, həmçinin, bu razılaşmanın daimi olacağına inandığını bildirib.

Xatırladaq ki, 7 dekabr 2023-cü ildə Yunanıstan Baş naziri Kiryakos Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ortaq mətbuat konfransında çıxışı zamanı Türkiyə vətəndaşların Yunanıstanın on adasında yeddi gün ərzində vizasız səyahət edə biləcəyini bildirmişdi.

X: Lamanasadli01