Son dəqiqə

İbrahim Kalın Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Türkiyə regional və dünya sülhü üçün vacib ölkədir - İbrahim Kalın

Bakı. TurkicWorld:

Türkiyə regional və dünya sülhü üçün vacib ölkədir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın MİT-in yaranmasının 97-ci ildönümü ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

"Qlobal güc balansı pozulub. Milli Kəşfiyyat Təşkilatı olaraq ölkəmizi bu qeyri-müəyyənlik və hibrid təhlükələr dövrünə hazırlamaq üçün daim yeni imkanlar inkişaf etdiririk. Son dörd ildə baş verən böhranlar qlobal problemlərin getdikcə daha dərin və dağıdıcı xarakter daşıdığını göstərir", - deyə o vurğulayıb.

İ.Kalın onu da qeyd edib ki, Türkiyə son illərdə xüsusilə müdafiə sənayesi, PUA və kritik infrastruktur texnologiyalarında qabaqlayıcı güc mərkəzinə çevrilib.

"Güclü Türkiyənin regional və dünya sülhü üçün vacib ölkə olduğuna inanırıq. Strateji təhlükəsizlik təkcə öz təhlükəsizlik və rifahını deyil, həm də digər ölkələrin təhlükəsizliyini və rifahını nəzərə alan yanaşmaya əsaslanır", - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər